65 min dollar qazanan tələbə niyə ölüb? 

saytların hazırlanması

Evə çatdırılma

65 min dollar qazanan tələbə niyə ölüb? 

Sosial

30 İyul 2019 06:28 1658


Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib.

“Yeni Sabah” "Qafqazinfo”ya istinadən xəbər verir ki, universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alan həmyerlimiz iki gün öncə xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Abbasov kifayət qədər savadlı tələbə olub. O, vaxtı ilə Sabahın Alimləri yarışmasında qızıl medal qazanıb.  Pepperoni pizza

Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul olub. 2016-cı ildə isə ürkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil alma şansı qazanıb. 

4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin "Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!