65 min nəfərə bu səbəbdən ödəmə verilməyib

saytların hazırlanması

Evə çatdırılma

65 min nəfərə bu səbəbdən ödəmə verilməyib

Sosial

01 May 2020 16:54 1028


İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət edənlərdən 65 min şəxsin həyat yoldaşının birdəfəlik ödəmə aldığı müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, bu səbəbdən həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qanunvericiliyə əsasən, birdəfəlik ödəmə əmək qabiliyyətli, lakin işsiz, dövlətdən heç bir ödəniş almayan və aztəminatlılıq meyarlarına uyğun ər və arvaddan yalnız birinə, eləcə də ailədə qeyd edilən kriteriyalara uyğun digər şəxslər varsa, onlara təyin edilir. Pepperoni pizza

Müraciət etmiş 65 min şəxsin həyat yoldaşının onlayn müraciəti əsasında artıq bu ödəmə təyin olunduğundan onların özünə ödəmə təyin edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!