7-1 uduzub dönər yeyən idmançılar - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

7-1 uduzub dönər yeyən idmançılar - VİDEO

Hadisə

06 Noyabr 2023 11:55 1719


Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 7-1 hesabı ilə məğlub olan “Kəpəz”in oyunçuları matçdan əvvəl stadionun önündəki dönərxanadan dönər yeyiblər.

BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, oyundan əvvəl "Kəpəz" təmsilçiləri dönər növbəsinə dayanıblar.  pizza hut

Qeyd edək ki, noyabrın 4-ü Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!