7 dekabr: Filippində bombardman, Parisdə terror, Ermənistanda zələzlə...

saytların hazırlanması

Evə çatdırılma

7 dekabr: Filippində bombardman, Parisdə terror, Ermənistanda zələzlə...

Hadisə

07 Dekabr 2020 10:24 737


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az dekabrın 7-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

 1792 - Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayiş fransız ordusu tərəfindən amansızcasına yatırılıb. Marqarita pizza

1918 - ADR Parlamentinin birinci iclası keçirilib.

1922 - Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.

1941 - Yaponiya ABŞ-ın Havay adalarındakı "Pörl Harbor" hərbi dəniz bazasını, Filippin adalarını və Britaniya Malayziyasını bombardman edib.

1975 - İndoneziya ordusu yeni müstəqillik qazanmış keçmiş Portuqaliya müstəmləkəsi — Şərqi Timoru ilhaq edib. Lissabon Cakarta ilə əlaqələri kəsib.

1985 - Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər.

1988 - Ermənistanın şimalında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə, ölənlərin sayı 25 000 nəfəri keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!