Portuqaliya kubokunda 1/16 finalın oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, "Benfika" bu tur "Eştrela" ilə qarşılaşıb və 7:0 hesablı qələbə ilə 1/8 finala yüksəlib.
"Benfika"nın futbolçusu Anhel Di Mariya oyunda het-trik edib. 36 yaşlı hücumçu 18 dəqiqəyə rəqib qapısından 3 top keçirib. Dominos pizza
Qollardan birini isə Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu vurub. Bununla da Kerem "Benfika"da bütün turnirlərdə meydana çıxdığı 12-ci matçında vurduğu qol sayını 9-a çatdırıb.
Telegram kanalımız