7 tona yaxın yararsız ət aşkarlandı - Cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

7 tona yaxın yararsız ət aşkarlandı - Cinayət işi başlandı

Kriminal

01 İyul 2020 15:20 1040


Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi və satışının həyata keçirməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Belə ki, baxış zamanı qeyd olunan kəsimxanada 6 890 kq çəkidə ət məhsulu aşkar edilib, həmin məhsullardan götürülmüş nümunələr Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilib, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!