7 yeni bağça tikilir - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

7 yeni bağça tikilir - Nazirlik

Sosial

07 İyul 2025 10:31 280


Hazırda Azərbaycanada 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Yenisabah.az xəbər verib ki, bu, Elm və Təhsil Nazirliyinin illik hesabatında əks olunub.

Bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir. pizza mizza

2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın (2-si açılıb, 9 bağçanın açılması planlaşdırılır: ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub.

Hazırda 7 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. Bunlardan 5 -i Abşeron, 1-i Kürdəmir, 1-i isə Qubadlı rayonunda yerləşir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!