71 və 93 nömrəli marşrutdan istifadə edənlərə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

71 və 93 nömrəli marşrutdan istifadə edənlərə şad xəbər

Sosial

22 Noyabr 2019 11:55 973


71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə uzun müddətdir yararsız vəziyyətdə olan avtobuslar təmir edilən və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənib.

Bakı Nəqliyyat Agentliyindən "Yeni Sabah"a bildirilib ki, hər iki marşrut xətti üzrə istismarda olan avtobusların texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi, eləcə də digər çatışmazlıqlar daim sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Ötən dövrdə bununla əlaqədar, vətəndaşlar tərəfindən “141” Çağrı mərkəzinə də çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi, eyni zamanda, buna mane olan halların qısa vaxtda aradan qaldırılması ilə bağlı hər iki xətt üzrə daşıyıcıya ciddi xəbərdarlıq edilib.

Bildirilib ki, yenilənmə işləri mütləq qaydada davam etdirilməli, sərnişindaşıma fəaliyyətləri Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarı ilə təsdiq olunmuş tələblərə tam uyğunlaşdırılmalıdır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!