75 yaşlı futbolçu transfer etdilər - “Ginnesin Rekordlar Kitabı”na namizəddir - Foto 

saytların hazırlanması

Evə çatdırılma

75 yaşlı futbolçu transfer etdilər - “Ginnesin Rekordlar Kitabı”na namizəddir - Foto 

İdman

22 Yanvar 2020 11:36 1064


Misirin 3-ci liqa təmsilçisi "6-cı Oktyabr" klubu heyətini 75 yaşlı futbolçu ilə gücləndirib.

“Yeni Sabah” “BBC”yə istinadən xəbər verir ki, Ezz El-Din Bahaderin transferini Misir Futbol Assosiyasiyası açıqlayıb. Lakin müqavilənin detalları barədə məlumat verilməyib. 

Assosiyasiya keçidlə bağlı aşağıdakı açıqlamanı yayıb: pizza sifarişi

“Bu gün Misir Assosiyasiyası qış transfer dönəmində dünyanın ən yaşlı peşəkar oyunçusunun transferini açıqladı. O, komandası ilə birgə meydana çıxan kimi “Ginnesin Rekordlar Kitabı”na düşmək fikrindədir”.

Qeyd edək ki, Baheder bu mövsüm oynayacağı halda dünyanın ən yaşlı peşəkar futbolçusu adını qazanacaq. Hələlik isə bu rekord İsrailin aşağı liqa təmsilçisi “İroni Yehu”nın sabiq qapıçısı İsaak Hayikiyə məxsusdur. Futbolçu 73 yaşında yaşıl meydanlara yenidən ayaq basmışdı. 

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!