Türkiyənin Adıyaman bölgəsində baş verən zəlzələ zamanı dağıntılar altında qalan daha bir nəfər xilas edilib.
Yenisabah.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin 212-ci saatında 77 yaşlı qadın yaşayış binasının dağıntıları altından çıxarılıb.
7 mərtəbəli binanın dağıntıları altından çıxarılan Fatma Güngörə ilkin tibbi yardım göstərilib və təcili yardımla xəstəxanaya yerləşdirilib. Dördpendirli pizza
Telegram kanalımız