79 yaşlı millət vəkili 6-cı dəfə namizədliyini irəli sürdü - YAP-a rəqibdir

saytların hazırlanması

Evə çatdırılma

79 yaşlı millət vəkili 6-cı dəfə namizədliyini irəli sürdü - YAP-a rəqibdir

Siyasət

02 Yanvar 2020 12:36 7985


Bitərəf deputatlardan daha biri-akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, sabiq birinci vitse-spiker və eks birinci vitse-premyer Ziyad Səmədzadə imza vərəqələrini namizədliyini yenidən irəli sürdüyü dairənin Seçki Komissiyasına təhvil verib.

"Yeni Sabah" xəbər verir ki, Z. Səmədzadə hazırda parlamentdə təmsilçisi olduğu dairədən - 23 saylı Nəsimi-Səbail dairəsindən seçkilərə qatılıb.

Qeyd edək ki, Z. Səmədzadə 6-cı dəfədir seçkilərə qatılıb və 4 dəfə millət vəkili seçilib. pizza sifarişi

O, bir dəfə sovetlər dövründə deputat olub, son 3 çağırışda da  Milli Məclisdə (MM) Bakını təmsil edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb. Z. Səmədzadənin namizədliyinin qeydə alınması məsələsinə sabah, yanvarın 3-də Dairə Seçki Komissiyası (DSK) tərəfindən qərar veriləcək. (Etikxeber)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!