2019-cu ilin noyabr ayında yol-nəqliyyat hadisəsi nəticəsində 79 yaşlı qadını öldürən sürücü hakim qarşısına çıxacaq.
“Yeni Sabah”ın xəbərinə görə, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Məlikov Yalçın Əliağa oğlunun məhkəmə prosesinə Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva sədrlik edəcək. İttiham akrına görə, hadisə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu ötən il noyabr ayının 3-ü saat 12 radələrində Hökməli qəsəbəsi - “Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub. Hadisə nəticəsində qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın, sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb. Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Dördpendirli pizza
Azər İsrafilov
Telegram kanalımız