8 ayaqlı gənələr: Onlar insan bədənində cütləşir

saytların hazırlanması

Evə çatdırılma

8 ayaqlı gənələr: Onlar insan bədənində cütləşir

Maraqlı

22 İyun 2022 16:23 2331


Yatarkən üzünüzdə və ya bədəninizin hər hansı bir hissəsində 8 ayaqlı gənənin gəzməsi fikri sizə bir film səhnəsi kimi gələ bilər.

Yenisabah.az xəbər verir ki, İngiltərənin Readinq Universitetində aparılan araşdırmada 0,3 millimetr ölçülü mikroskopik gənələrin gen ardıcıllığı və həmin gənələrin təsiri öyrənilib.

Tədqiqat qorxulu nəticələr ortaya çıxarıb. Belə ki, gənələrin insan orqanizminə daxil ola bilən bir gen sırasına sahib olduğu müəyyən edilib. pizza hut

Mütəxəssislər səkkizayaqlı gənələrin insan bədənində, hətta üzündə və saçında da çoxala biləcəyini aşkar edib.

Tədqiqatçılar öz araşdırmalarında onların qəribə cütləşmə vərdişlərini, bədən xüsusiyyətlərini və DNT-lərini təhlil edərək təkamül gələcəklərini izah ediblər.

Araşdırmaya rəhbərlik edən Alejandra Perotti bildirib ki, mikroskopik gənələr dəri məsamələrinə yerləşərək qısa zamanda mühitə uyğunlaşır və artırlar.

Onlar məsamələrdə xarici təhlükələrə məruz qalmadan təcrid olunmuş vəziyyətdə yaşayır və minimal zülalla yaşaya bilirlər.

Gənələr gecə onurğasızları aktivləşdirən melatonin istehsal etmək qabiliyyətini itirsələr də, insan dərisindən ifraz olunan melatonindən istifadə edərək axşam cütləşmə seanslarına başlaya bilirlər. Onlar cütləşmək üçün insan bədəninə ehtiyac duyurlar.  

Mütəxəssislər mikroskopik gənələrin müxtəlif dəri və göz xəstəliklərində, o cümlədən rozaseada (üz dərisinin eritematoz, teleangiektatik xroniki xəstəliyi) və blefaritin (göz qapaqlarının iltihabi xəstəliyi) səbəbkarı sayırlar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!