“8-ci km” bazarında antisanitar vəziyyət... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“8-ci km” bazarında antisanitar vəziyyət... - Fotolar

Sosial

20 Noyabr 2025 18:55 589


Bakı şəhəri, Nizami rayonu, "8-ci km" bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir. Bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol verilməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır. pizza mizza

Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyekləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması, satışı təmin olunmalıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!