8 dekabr: Tarixdə necə qalıb?

saytların hazırlanması

Evə çatdırılma

8 dekabr: Tarixdə necə qalıb?

Maraqlı

08 Dekabr 2020 10:00 1761


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az dekabrın 8-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1941 - Yaponların 7 dekabrda Pörl-Harbora hücumundan sonra ABŞ və Britaniya Yaponiyaya müharibə elan edib. Pepperoni pizza

1966 - ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atıblar.

1974 - Yunanlar referendumda böyük səs çoxluğu ilə monarxiyanın ləğv olunması və respublikanın yaradılması lehinə səs veriblər.

1980 - Con Lennon Nyu-Yorkdakı evinin önündə Mark Çepmen tərəfindən qətlə yetirilib.

1987 - Vaşinqtonda Ronald Reyqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" barədə müqaviləni imzalayıblar.

1991 - Azərbaycan İslam Konfransı Təşkilatına üzv olub.

1991 - SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulması barədə və Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Belovejsk sazişi imzalanıb.

1999 - İnək quduzluğu xəstəliyi ilə əlaqədar olaraq bir çox Avropa ölkəsi Britaniyadan mal əti idxalına qadağa qoyub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!