Bakı məktəbində 8 Mart üçün kişi müəllimlərə də pul yığılır   - Biabırçılıq + Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı məktəbində 8 Mart üçün kişi müəllimlərə də pul yığılır - Biabırçılıq + Video

Sosial

01 Mart 2023 19:40 2437


Hər il olduğu kimi bu il də xanım müəllimləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmək üçün məktəblərdə pul yığılması məsələsi gündəmə gətirən səs yazıları və xəbərlər yayılıb. 

Valideyn komitələri 8 Martda müəllimlərin təbrik etmək üçün artıq pul toplamağa başlayırlar.

İddialara görə, Yasamal Rayonu Paşa Nəzərov adına 60 nömrəli məktəbdə bu dəfə xanım müəllimələrlə yanaşı, kişi müəllimlər üçün də pul yığılacaq. Dominos pizza

Bu qeyri-adi və biabırçı iddia ilə bağlı "Yeni Sabah"a səs yazısı göndərilib.

"WhatsApp" vasitəsi ilə göndərilən səs yazısında xanım söyləyir ki, kişi müəllimlər üçün də pul yığlacaq: “Qızlar müəllimlərlə danışmışam, 8 martda qadınlarla yanaşı kişilər üçün də pul yığılacaq. Hərəsinə 50 AZN pul veriləcək” - xanım deyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!