8 Martda qadınlara əsl hədiyyə - Medallar, pulsuz nəqliyyat, paxlava...

saytların hazırlanması

Evə çatdırılma

8 Martda qadınlara əsl hədiyyə - Medallar, pulsuz nəqliyyat, paxlava...

Sosial

07 Mart 2020 12:50 1125


Sabah 8 Mart - Beynəlxalq Qadınlar günüdür. Bu bayramı demək olar ki, bütün ölkələr qeyd edir.

Bəs bu il dünya ölkələrində və eləcə də Azərbaycanda 8 Mart günü qadınlara hansı güzəştlər edilir?

Azərbaycan pizza

Azərbaycanda qadınları ilk təbrik edən Prezident İlham Əliyev oldu. Martın 5-də ölkə başçısı Azərbaycan qadınlarına təbrik ünvanladı. Prezident daha sonra Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadını "Tərəqqi” medalı ilə təltif etdi.

Qadınlarımıza edilən güzəştlərə gəldikdə isə Azərbaycan Dillər Universitetinin (ADU) atdığı addımı nümunə göstərmək olar. Belə ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunublar. Bu barədə ADU-nun Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat paylaşıb.

Rusiya

8 Mart günü qadınlar Moskvada ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Bu barədə şəhər meri Andrey Varobyov sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, 8 Martda “Aeroexpress” istisna olmaqla qadınlar ictimai nəqliyyatdan eləcə də elektrik qatarlardan pulsuz istifadə edə biləcəklər. Eyni zamanda həmin gün muzeylərə də giriş ödənişsiz olacaq.

Paytaxt meri martın 8-i və 9-u Moskvada avtodayanacaqların da ödənişsiz olacağını bildirib.

Türkiyə

Türkiyədə də qadınlara müxtəlif güzəştlər olacaq. Türkiyədə 8 Mart günü bütün qadın məhkumlar açıq görüşlərdən faydalanacaqlar. Görüşdə məhkumların ailələləri və birinci dərəcəli qohumları iştirak edə bilərlər.

Ölkənin məşhur simaları da qadınları təbrik etməyin müxtəlif yollarının fikirləşiblər. Məsələn, məşhur aşpaz Nusret Gökçe “Instagram” hesabında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə jest edib.

Anası ilə birlikdə fotosunu paylaşan Nusret restoranındakı xüsusi menyunu təqdim edərək, qadınları bazar günü öz restoranına dəvət edib. Onun sözlərinə görə, 8 mart günü qadınlara saat 12:00-dan 19:00-a qədər sərinləşdirici içki, lokum və paxlava pulsuz olacaq.

İtaliya

İtaliyada da isə xanımlar hər il öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. Belə ki, bu il də həmin ənənə davam edəcək və italiyalı xanımlar 8 mart günü axşama qədər kişiləri özlərinə yaxın buraxmayacaqlar. Onlar müxtəlif əyləncə məkanlarında yaxşıca istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı barlara təşrif buyuracaqlar. Həmin gün barlara giriş xanımlar üçün pulsuz olacaq.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!