“8 mindən çox Azərbaycan vətəndaşı ABŞ-də ali təhsil alıb”

saytların hazırlanması

Evə çatdırılma

“8 mindən çox Azərbaycan vətəndaşı ABŞ-də ali təhsil alıb”

Sosial

17 May 2025 12:10 253


Son bir neçə onillikdə 8 mindən çox Azərbaycan vətəndaşı Birləşmiş Ştatlarda ali təhsil alıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara "EducationUSA" məzunlar yarmarkası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ dünyanın hər yerindən tələbələr üçün ən cəlbedici təhsil istiqamətlərindən biri olmaqda davam edir. pizza mizza

"Birləşmiş Ştatların hələ də xarici tələbələr üçün cəlbedici yer olduğunu bilmək xoşdur. Təkcə keçən il ABŞ universitetləri 1,1 milyondan çox xarici tələbəni, o cümlədən Azərbaycandan 1100-dən artıq tələbəni qəbul edib", - diplomat qeyd edib.

O, ABŞ-də təhsil alan məzunların Azərbaycanın inkişafında mühüm rol oynadığını vurğulayıb. "Əminəm ki, bu təcrübə onların öz ölkələrinin gələcəyinə töhfəsi olub", - Gevara bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!