8 yaşlı uşağın ölümünə səbəb oldu – Məhkəmə  

saytların hazırlanması

Evə çatdırılma

8 yaşlı uşağın ölümünə səbəb oldu – Məhkəmə  

Kriminal

02 Aprel 2020 17:28 858


Sabunçu Rayon Məhkəməsində dövlət ittihamşısı 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsə iş istəyib.

“Yeni Sabah”ın məlumatına görə, hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən Yusubov Eytibar Seyfəddin oğlunun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə mövbəti iclasa kimi təxirə salınıb. 

İttiham aktına görə, hadisə 2019-cu ilin avqust ayında paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlu qəsəbə ərazisində yerləşən yüksək gərginlikli elektrik paylayıcısının korpusuna toxunub və o elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb. Azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.  Pepperoni pizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!