8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı

saytların hazırlanması

Evə çatdırılma

8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı

Dünya

19 Sentyabr 2021 18:32 1329


ABŞ-da koronavirusa yoluxan 8 yaşlı uşaq virusdan sağalsa da, iflic qalıb.

Yenisabah.az dünya mətbuatına istinadən xəbər verir ki, Amerikanın Minnesota bölgəsinin sakini olan Avella Braun mart ayının əvvəlində virusa yoluxduqdan sonra bütün həyatı dəyişib. Belə ki, koronavirus 8 yaşlı uşaqda nadir rast gəlinən avto-immun xəstəliyinə səbəb olub və A. Braun iflic qalıb.

Ensefalomyelit (ADEM) diaqnozu kimi tanınan xəstəlik bədənin immunitet sisteminin özünə hücum etməsinə səbəb olur və onurğa beyni və beyin şişkinliyinə gətirib çıxarır. Sezar pizza

Azyaşlının həkimi baş verənlərin ən böyük səbəbkarının koronavirus olduğunu bildirib.

Xatırladaq ki, dünya alimləri iyun ayında koronavirusla ADEM arasında əlaqəni qurmağa başladıqlarını açıqladılar. Mütəxəssislər, dünyada koronavirusdan sağ çıxan insanların oxşar hallarla qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edirlər.

/Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!