“Mənim 80 yaşım var, ağsaqqal kişiyəm, mədəniyyət sahəsində gördüyüm problemləri səsləndirməyə, tənqid etməyə haqqım var...”
Bu sözləri Yenisabah.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Mədəniyyət sahəsində ciddi islahatlara ehtiyac olduğunu bildirən sənətçi müşahidə etdiyi neqativ hallardan gileylənib:
“Prezidentin sərəncamı ilə son 5 ildə 4 dəfə yüksək dövlət mükafatlarına layiq görülmüşəm. Dördpendirli pizza
Məhz buna görə, aidiyyəti qurumlara müraciət edirəm. Əzizlərim, müharibəni uğurla bitirdik, xarici siyasətimiz əladır, uğurlarımız çoxdur, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edirik, hər şey yaxşıdır, amma daxili məsələlərə vaxt ayırmağın zamanıdır. Əxlaqla, mənəviyyatla, elmlə, təhsillə və mədəniyyətlə ciddi surətdə məşğul olmaq lazımdır.
Bu sahələri ciddi insanlara tapşırmaq lazımdır. Çünki strateji sahələrdir. Bu sahələrə gəlir yeri kimi baxmaq millətin məhvidir.
Bu gün televiziyalarımız bərbad vəziyyətdədir. Eyni ifaçılar, səsi olmayanlar illərdir ki, efirlərdədirlər. Boş-boş danışıb o tərəfə, bu tərəfə getməklə məşğuldurlar. Kimə lazımdır televiziya? Artıq internet var, hamı istədiyinə oradan baxır. Kimsə telekanallardan pul qazanacaq deyə biz xalqın əxlaqını, mənəviyyatını korlamalıyıq?!
O, bildirib ki, aidiyyəti qurumlar xalqın mənəviyyatını düşünməli, problemləri aradan qaldırmalıdırlar:
"Qəribədir, bu gün efirə çıxan təhsilsiz, musiqi savadı olmayan ifaçıların hamısı da bir-birinə bənzəyir - şişirdilmiş dodaqlar, düzəldilmiş burunlar... Allahın verdiyi bədəndən, üzdən əsər-əlamət saxlamayıblar.
Xalq da pul xərcləyib onları toyuna dəvət edir, axırı da boşanma ilə bitir. Bu mənəviyyatda olan “sənətkarın” toyunda xeyir-dua verməsinin sonu məhz budur. Onların xeyir - dua verdiyi bəylə-gəlin axırda boşanır.
Günahın bir qismi də məhz televiziyadadır. Başa düşmürəm, telekanallar yağışdan sonra çıxan göbələk kimi bu qədər müğənniləri hardan tapırlar. Hamısı da eyni tip adamlardır. Sən televiziyada pul qazanacaqsan deyə biz xalqın əxlaqını, mənəviyyatını məhv etməliyik?! Mövzu tapmırsınızsa, gəlin, mən sizə tariximizlə, mədəniyyətimizlə bağlı 100 mövzu verərəm. Aidiyyəti qurumlar artıq bu problemlərə bir əncam çəkməlidir".
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız