81 yaşlı kişinin 44 yaşlı arvadını öldürməsinin təfərrüatı: “Gələnə də söz atırdı, gedənə də”

saytların hazırlanması

Evə çatdırılma

81 yaşlı kişinin 44 yaşlı arvadını öldürməsinin təfərrüatı: “Gələnə də söz atırdı, gedənə də”

Kriminal

05 Sentyabr 2020 14:40 1447


Sabirabadda 81 yaşlı kişinin 44 yaşlı həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Yenisabah.az xəbər verir ki, qəzli kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, cütlük 6-8 il bundan öncə evlənib:

“Bu, Yaqub Eyyubovun ikinci evliliyidir. Birinci ailəsindən böyük uşaqları var. İlk həyat yoldaşı vəfat edib. Ondan bir az sonra Yaqub kişi evlənməyə qərar verib. Uşaqları da buna qarşı çıxmayıb, evlənməsinə razı olub. O, Mətanəti rayonun qonşu kəndlərinin birində görüb. Toyuqlu pizza

Özündən 44 yaş balaca idi. Bir dəfə evli olub, ayrılıbmış. Evləniblər, Mətanəti evinə gətirən Yaqub kişi uşaqlarından ayrı həyətdə balaca bir ev tikib, elə orada da yaşayıblar. Yaşla əlaqədar Yaqub Eyyubovun səhhətində müəyyən psixoloji problemlər yaranırdı. Ara-sıra Mətanətlə aralarında mübahisə düşürdü”. 

Kənd sakinləri deyir ki, bu cütlüyün mübahisəsi zamanla hüquq-mühafizə orqanlarına kimi gedib çıxıb:

“Deyilənə görə, aralarında mübahisə yarananda Yaqub Eyyubov Mətanətdən şikayət edib. Aralarında böyük yaş fərqi var idi. Heç bilmirik hadisəyə necə yanaşaq. Kİşinin səhhətində ciddi problemlər var idi, gələnə də söz atırdı, gedənə də, hətta nəvəsi yaşda olanlara da söz atırmış”. 

Qeyd edək ki, ötən gün Sabirabadda qətl hadisəsi baş verib. Sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1939-cu il təvəllüdlü Yaqub Eyyubov qısqanclıq zəminində həyat yoldaşı 1976-cı il təvəllüdlü Mətanət Nuriyevanı bıçaqlayaraq öldürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!