8103-ə yalan mesaj yazaraq futbol oynayanlar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

8103-ə yalan mesaj yazaraq futbol oynayanlar cərimələndi

Kriminal

16 Aprel 2020 12:54 439


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.  Dördpendirli pizza

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. 

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!