82 kiloqramlıq ölmüş heyvan əti aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

82 kiloqramlıq ölmüş heyvan əti aşkarlandı

Sosial

20 İyun 2019 09:13 1038


Ağcabədi rayonunda satış üçün hazırlanan ümumi çəkisi 82 kq olan bir baş istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub. 

Bu barədə "Yeni Sabah"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Belə ki, AQTA-nın və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsinə baxış keçiriblər. Dominos pizza

Bu zaman kəsim yerində istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!