82 yaşlı aktrisadan şortiklə bağlı sərt sözlər -   Sosial şəbəkələr ayağa qalxdı

saytların hazırlanması

Evə çatdırılma

82 yaşlı aktrisadan şortiklə bağlı sərt sözlər - Sosial şəbəkələr ayağa qalxdı

Şou

05 Dekabr 2025 17:44 15400


Türkiyənin məşhur aktrisası Nebahat Çehre son açıqlaması ilə yenidən sosial şəbəkələrin gündəminə çevrilib.

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbulun mərkəzində jurnalistlərin suallarını cavablandırarkən şəhərdə şortik geyinilməsi mövzusuna toxunub. Aktrisa bildirib ki, özünün belə geyimləri ictimai yerlərdə uyğun hesab etmədiyini vurğulayıb:

“Şəhər mühiti üçün şortik mənə görə deyil. Belə geyimlər daha çox dənizkənarı və ya istirahət məkanlarında seçilməlidir”, – deyə o sözlərinə əlavə edib. Dördpendirli pizza

82 yaşlı aktrisanın bu fikirləri sosial mediada sürətlə yayılaraq müxtəlif reaksiyalara səbəb olub. Bir çoxları onun fikrini dəstəklədiyini yazsa da, əksəriyyət aktrisanın bu mövzuda sərt yanaşdığını düşünür. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!