82 yaşlı kraliça COVID-19-a yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

82 yaşlı kraliça COVID-19-a yoluxdu

Maraqlı

21 Sentyabr 2022 16:22 966


Danimarka kraliçası II Marqret COVID-19-a yoluxub. 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bazar ertəsi, sentyabrın 19-da II Marqret Britaniya kraliçası II Elizavetin Londonda baş tutan dəfn mərasimində iştirak edib. İki gün sonra – sentyabrın 21-də onun yeni koronavirus infeksiyasına yoluxduğu məlum olub. pizza mizza

82 yaşlı kraliça bir həftə ərzində bütün görüşlərini ləğv edib. Kral iqamətgahının nümayəndələri əlavə şərh verməkdən imtina ediblər.

II Marqretin COVID-19-a qarşı peyvənd olunduğu bildirilir.

Son bir neçə ay ərzində artıq ikinci dəfə II Marqretdə koronavirusa yoluxma diaqnozu qoyulur. Kraliça bu ilin fevralında COVID-19-a yoluxmuşdu. Mətbuat xidmətinin məlumatına görə, xəstəlik yüngül formada keçir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!