83 milyon amerikalı artıq səs verib - Prezident seçkiləri

saytların hazırlanması

Evə çatdırılma

83 milyon amerikalı artıq səs verib - Prezident seçkiləri

Dünya

05 Noyabr 2024 12:21 481


Noyabrın 5-də keçiriləcək seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.

Yenisabah.az xəbər verir ki, bunu Florida Dövlət Universitetinin dərc etdiyi məlumatlar sübut edir.

Ekspertlərin hesablamalarına görə, 82 milyon 713 min 594 nəfərin təxminən 45 milyonu seçki məntəqələrində şəxsən, 37,7 milyonu isə poçt vasitəsilə səs verib. pizza hut

Erkən səsvermədə iştirak edənlərin 37,8 faizi Demokrat Partiyasının, 35,8 faizi Respublika Partiyasının üzvləridir. Digər 26,4% isə partiya mənsubiyyətini göstərməyib.

Ən çox erkən səs verən ştatların siyahısına Texas (8,9 milyon) başçılıq edir. İlk üçlüyə Florida (8,3 milyon) və Kaliforniya (8,1 milyon) da daxildir.

ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!