85 yaşlı Berluskoni yenidən evləndi: Xanımı özündən 53 yaş kiçikdir

saytların hazırlanması

Evə çatdırılma

85 yaşlı Berluskoni yenidən evləndi: Xanımı özündən 53 yaş kiçikdir

Maraqlı

21 Mart 2022 08:53 507


İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni özündən 53 yaş kiçik qadınla evlənib.

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, o, 3 ilə yaxındır sevgili olduğu 32 yaşlı Marta Faskina ilə ailə həyatı qurub.

85 yaşlı Berluskoni ilə Faskinanın evlənməyə hazırlaşdığı iddiası bir neçə həftə əvvəl ortaya atılıb və keçmiş baş nazir bu xəbərləri təkzib edib. pizza sifarişi

Məlumata görə, toy məclisində rəsmi nikah olmayıb. İddia olunur ki, cütlüyün rəsmi nikah bağlamamasına səbəb Berluskoninin əvvəlki evliliklərindən olan övladlarının etirazı, xüsusilə də miras məsələsi olub.

Qeyd edək ki, Berluskoninin əvvəlki iki evliliyindən 5 övladı var. Ailənin sərvətinin 6,5 milyard avro olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!