9 ayda 2422 əkiz, 78 üçəm doğulub - DSK

saytların hazırlanması

Evə çatdırılma

9 ayda 2422 əkiz, 78 üçəm doğulub - DSK

Sosial

14 Noyabr 2025 15:37 351


Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 72 min 210 körpə doğumu qeydə alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. pizza sifarişi

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!