9-cu sinif şagirdləri arasında 5 nəfər tam bisavad müəyyən olunub - DİM

saytların hazırlanması

Evə çatdırılma

9-cu sinif şagirdləri arasında 5 nəfər tam bisavad müəyyən olunub - DİM

Sosial

03 İyun 2025 11:10 647


Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent 12" jurnalında qeyd olunub.

Belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub: Toyuqlu pizza

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!