9-cu sinif üzrə buraxılış və kolleclərə qəbul imtahanı bir mərhələli olacaq

saytların hazırlanması

Evə çatdırılma

9-cu sinif üzrə buraxılış və kolleclərə qəbul imtahanı bir mərhələli olacaq

Hadisə

29 Yanvar 2021 11:45 1012


Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi (9 illik baza) üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur.

Yenisabah.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında şagirdlərə audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!