9 ildir informatika üzrə beynəlxalq yarışlarda uğur qazana bilmirik - Səbəb?

saytların hazırlanması

Evə çatdırılma

9 ildir informatika üzrə beynəlxalq yarışlarda uğur qazana bilmirik - Səbəb?

Sosial

09 Avqust 2019 10:06 1743


Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilib. Yarışın yekun nəticələri isə bu gün elan ediləcək.

Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı özünün zəngin proqramı ilə seçilir.

Lakin artıq 9-cu ildir ki, ölkəmizi təmsil edən komandalarımız bu yarışda medal qazana bilmir. Bəs bu uğursuzluğun səbəbi nədir?  Sezar pizza

“Yeni Sabah” bildirir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz açıqlamasında bunu tədrisin düzgün olmaması ilə izah edib.

“Bizdə tədris prosesində və ali məktəblərə qəbulda informatikanın rolu düzgün qiymətləndirilməyib, ənənə formalaşmayıb və oturuşmuş informatika məktəbi yoxdur. Biz hamılıqla, hökumət, məktəb, müəllim və valideyn olaraq, şagird 9-cu sinfə çatanda məqəsdyönlü olaraq informatikanın “evini yıxırıq”.

Onun sözlərinə görə, bu proses aşağıdakı ardıcıllıqla baş verir:

"İnformatika 1-ci sinifdən tədris olunur. Aydındır ki başqa ölkələrdə olduğu kimi bizdə də aşağı siniflərdə informatikaya, texniki-texnoloji sahəyə meylli xeyli uşaqlar olur. Və bu uşaqlar bizdə 8-ci sinfə qədər İT sahəsi üzrə bilik -bacarıqlarını hər gün təkmilləşdirirək inkişaf edirlər.  9-cu sinifdə isə situasiya dəyişir.

Məlumdur ki, bizdəki mövcud təhsil sisteminə görə 9-cu sinifdə hər bir məktəbdə və hər bir evdə artıq şagirdin hansı ali məktəbə, hansı ixtisas sahəsinə gedəcəyi müəyyən olunur. Bu həm məktəbə lazımdır ki, adını-nüfuzunu qorusun, təbii həm də valideynə lazımdır ki uşağı ali məktəbə qəbul olunsun. Həmin İT istiqamətdə inkişaf edən uşaqlar da təbii ki İT və Kompüter elmləri üzrə ixtisası seçirlər. Bizim ali təhsil müəssisələrinə qəbul qaydalarına görə İT və Kompüter ixtisaslarını seçənlər informatikadan deyil, kimyadan qəbul imtahan verməlidirlər. Məhz bu səbəbdən valideynlər və məktəb 9-cu sinifdə şagirdin informatikadan sahəsindəki fəaliyyətinə STOP qoyurlar.  Məktəbin və valideynin bütün resursları vaxt , pul , enerji, tədbirlər, olumpiadalar, hazırlıqlar məhz qəbuldakı imtahan fənlərinə yönləndirilir. Beləliklə, baxmayaraq ki uşaq İT sahəsini seçib o bütün vaxtını və enerjisini kimya və digər fənlərə yönəldir. Hansı ki qəbul imtahanından sontra bu fənn ona lazım olmayacaq. İnformatika bir fənn olaraq məktəb üçün, valideyn üçün əhəmiyyətsiz bir predmetə çevrilir”.

O.Gündüz məktəblərdəki İT avadanlıqlarının təchizatının da zəif olduğunu vurğulayıb:

“Görünür məhz elə bu səbəbdən TN bir ara ümumiyyətlə İnformatikanı təmayül məktəblərdə fundamental fənlər siyahısından çıxarmışdı. Sonradan bu bərpa olundu.Ümumiyyətlə ali təhsilə qəbulda informatikanın olmaması, dolayısıyla onun tədrisinə bir sayğısızlıq yaradıb, normal kurikulumlar yoxdur və vəsaitlər yetərli deyil, sınaqdan keçirilməyən və faydası təsdiqlənməyən bir neçə pilot layihələr tətbiq edilir, məktəblərdə İT avadanlıqlar və onlardan istifadə səviyyəsi çox aşağıdır və s.

9-cu ildir ki informatikadan üzrə beynəlxalq yarışlarda uğursuzluq bizi izləyir. Hətta təmayülləşmə xətti də bu sahədə özünü doğrultmayıb. Çünki baxmayaraq ki şagird İT üzrə təmayülləşmə seçib, amma “KİMYA” dan qəbul imtahanı “damokl qılıncı” kimi başının üstünü kəsdirib”.

Texnologiya üzrə mütəxəssis bu problemin həllini DİM və Təhsil Nazirliyinin birgə iş birliyində görür:

“Məktəbdə, evdə və cəmiyyətdə informatikaya münasibəti dəyişməliyik. Bunun yolu isə mütləq şəkildə ali məktəblərdə qəbulda İT üzrə ixtisaslarda kimyadan deyil, informatikadan imtahan salınmasındadır. İnformatika üzrə normal kurikulumlar və vəsaitlər hazırlanmalıdır. Informatika üzrə kadr hazırlığına xüsusi önəm verilməlidir. DİM deyir ki, əgər informatikadan imtahan salınsa, orta məktəblərdə İnformatikanın tədrisi zəif olduğundan böyük əksəriyyək imtahandan kəsiləcək. TN isə deyir ki, gərək DİM informatikadan imtahan salsın ki məktəbin və valideynin diqqəti İnformatikaya yönəlsin.

Bu cür yanaşma ilə biz uzağa gedə bilmərik. Düşünürəm ki, hər iki qurum bir araya gəlib problemi həll etməlidirlər. Əks halda bizi bu sahədə daha ciddi problemlər gözləyəcək”.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!