"Bu gün biz İkinci Dünya müharibəsinin qələbəsinin 75 illiyini qeyd edirik. Bu qələbədə o vaxt SSRi-nin tərkib hissəsi olan Azərbaycanın rolu və əhəmiyyəti danıllmazdır. Bu artıq hamımıza bəllidir ki, məhz Azərbaycan neftinin sayəsində Sovet ordusu Reyxstaqa qədər çıxıb gedə bildi. Azərbaycanın bu müharibədə yüz minlərlə şəhidi oldu. Ölkəmizin Milli qəhrəmanları da bu müharibədə iştirak etdilər".
“Yeni Sabah” xəbər verir ki, bunu Milli.Az-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
"Əlbəttə, bu gün bizim tariximiz üçün də əhəmiyyətli bir gündür. Bu günü biz hər zaman, Sovet dövründə də bayram kimi qeyd edildiyini xatırlayırıq", - o deyib. Marqarita pizza
"Amma müəyyən bir dövrdən, Azərbaycanın müstəqillik əldə etdiyindən sonra bayramlar məsələsində müəyyən dəyişikliklər edildi. Və bu qələbə bir Sovet bayramı düşüncəsi ilə bizim təqvimimizdən silindi. Amma düşünürük ki, bu, yanlış bir şey idi. Tarix silinməməlidir. Tarixi yaddaş silinməməlidir", - deputat bildirib.
"O zaman canından keçənlər üçün bu tək Vətən idi. Vətən uğrunda canından keçən insanların ruhunu incitmiş olardıq. Azərbaycanın bu qələbəyə verdiyi töhfələri kölgə altında qoymuş olardıq. Ona görə də Ulu öndərin çox düşünülmüş addımlarından, gələcəyi görəcək addımlarından biri kimi biz bunu dəyərləndirməliyik. Bir çox unudulmuş və üstündən xətt çəkimiş ənənələrimizin, milli-mənəvi dəyərlərimizin bərpa edilməsində aldığı böyük rol kimi, eyni zamanda 9 mayın bir bayram kimi qeyd edilməsi yönündə göstərdiyi səyləri, iradəni əlbəttə ki, biz dəyərləndiririk və çox yüksək qiymətləndiririk. Allah Ulu öndərimizə də rəhmət eləsin, onun 97-ci ildönümü olacaq, biz onu hər zaman böyük ehtiramla, sevgi ilə anırıq və hər bir zaman da anacağıq", - J.Əliyeva qeyd edib.
Telegram kanalımız