“Kreml xarici dövlət liderlərini Qələbə Paradına dəvət etməyəcək”. Yenisabah.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Xarici qonaqlar mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən müharibəsindəki Qələbənin 76-cı ildönümünü qeyd etmək üçün dəvət olunmayacaqlar”. Dmitri Peskov bunun səbəbini də izah edib: “Bu yubiley ili deyil, buna görə xarici iştirakçıları dəvət etmək niyyəti yoxdur".
Kremlin sözçüsü əlavə edib ki, sanitar orqanlar paradın tarixinə yaxın müəyyən normaları müəyyənləşdirəcək. Marqarita pizza
Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, bu il ölkənin əsas hərbi paradında 12 mindən çox insanın, 190-dan çox silah və hərbi texnikanın, 53 təyyarənin və 23 helikopterin iştirakı planlaşdırılır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu tədbirin hazırlanması və keçirilməsi zamanı qoşunlar arasında COVID-19-un yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi zərurətini vurğulayıb.
Hərbi paradın ilk məşqi artıq martın 31-də Moskva yaxınlığındakı Alabino poliqonunda baş tutub.
Telegram kanalımız