9 May Qələbə Günü  ilə əlaqədar internet kəsildi – Nazirlikdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

9 May Qələbə Günü ilə əlaqədar internet kəsildi – Nazirlikdən AÇIQLAMA

Dünya

07 May 2025 12:02 689


Rusiyanın paytaxtı Moskvada internet kəsilib.

Yenisabah.az xəbər verir ki, səhər saatlarından etibarən Moskva sakinləri mobil telefonlar vasitəsilə göstərilən xidmətlərdən istifadədə problemlər yaşamağa başlayıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyi mayın 5-də verdiyi yazılı açıqlamada 9 May Qələbə Günü ilə əlaqədar şəhərdə internetin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib. Dominos pizza

Mobil internetə çıxışda yaranan problemlər səbəbindən bankomatlar, kuryer və taksi xidmətlərində də fasilələr yaranır. Digər tərəfdən, dron hücumları səbəbindən Moskva hava limanlarından uçuşlara da məhdudiyyətlər qoyulur.

Ukrayna ordusunun ötən gün ərzində Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarələrlə hücumlar təşkil etdiyi bildirilib. Bir çox xarici liderlərin qatılacağı 9 May Qələbə Günü qeyd etmələri öncəsi Moskvada hərbi paradın məşqləri davam edərkən, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 9-da keçiriləcək hərbi paradda iştirak edəcək əcnəbilərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəklərini söylədi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Zelenski Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!