9 milyona təmirsiz mənzil –   Paytaxda dodaquçuqladan ev qiyməti...

saytların hazırlanması

Evə çatdırılma

9 milyona təmirsiz mənzil – Paytaxda dodaquçuqladan ev qiyməti...

Sosial

10 Sentyabr 2025 15:28 5777


Bakı şəhərinin mərkəzində, “Port Baku Residence” kompleksində sahəsi 1.050 kvadratmetr olan, 9 otaqlı təmirsiz mənzil 9 milyon manata satışa çıxarılıb.

Yenisabah.az xəbər verir ki, paytaxtın Neftçilər prospektində yerləşən “Port Baku Residence” kompleksində iri sahəli mənzilin satışı elan edilib. Mənzil sahəsi və yerləşdiyi məkana görə diqqət çəkir.

Mənzil “white box” formatındadır, yəni təmirsizdir və alıcıya şəxsi zövqə uyğun dizayn etmək imkanı yaradır. 9 otaqlı yaşayış sahəsinə əlavə olaraq, 350 kvadratmetrlik terras da mövcuddur. Buradan şəhərə və Xəzər dənizinə açılan mənzərə görünür. Pepperoni pizza

Kompleksdə 24/7 mühafizə, sürətli liftlər, yeraltı avtodayanacaq və həyət mövcuddur. Ətrafda ticarət və əyləncə mərkəzləri, restoranlar və parklar yerləşir.

Qeyd edək ki, son dövrlər Bakıda iri sahəli və təmirsiz mənzillərin satış elanlarının artması müşahidə olunur. Bu tendensiya həm alıcılar üçün daha çox seçim imkanı yaradır, həm də paytaxt daşınmaz əmlak bazarında rəqabəti artırır. Bu tip mənzillər alıcıya şəxsi zövq və dizayn üstünlüyü təmin etdiyi üçün xüsusilə diqqət çəkir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!