9 yaşında necə 4 qat dünya çempionu olmaq olar?! - Rafael Ağayev

saytların hazırlanması

Evə çatdırılma

9 yaşında necə 4 qat dünya çempionu olmaq olar?! - Rafael Ağayev

İdman

02 Avqust 2023 15:17 1242


Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev bəzi idmançıları və məşqçiləri tənqid edib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Əməkdar artist Bəhram Bağırzadə ilə canlı yayımda bir neçə nəfərin birləşib keçirdiyi yarışlarda medal qazanıb, özünü dünya və Avropa çempionu sayan idmançılara səslənib.

R. Ağayev bildirib ki, dünyada karatenin yalnız WKF versiyasında olan çempionluqlar rəsmidir: "Məndən güclü kimsə yetişə bilər. Ola bilər ki, həmin idmançı 6 dəfə dünya, 15 dəfə Avropa çempionu olsun. Amma heç kim Rafael Ağayev ola bilməyəcək. Pepperoni pizza

Karatenin 40 növü var. Bu idmanın yalnız WKF versiyası rəsmidir. 2 ildən bir dünya çempionatı keçirilir. Lakin məşqçilər tələbələri və valideynləri aldadırlar. Pul yığırlar və deyirlər ki, Türkiyədə Avropa çempionatı var. Yarışda da 4 komanda iştirak edir ki, onlardan biri Qazaxıstan, digəri İrandır. Bu halda Avropa çempionatından söhbət gedə bilməz. Boyunlarında 18 medalla qayıdırlar. Biri deyir ki, oğlum 4 qat dünya çempionudur. 9 yaşlı idmançı bu uğuru necə qazana bilər?!

Hansısa məşqçini gözdən salmaq istəmirəm, amma reallıqdan danışaq. Hər zaman düz deməliyik və düzünü etməliyik. "Tapşırıq"la gəlib Azərbaycan çempionu olur, amma Avropada onu kiməsə "tapşıra" bilmir axı.

Bu canlıdan sonra gərək otaqdan çıxmayım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!