Müğənni Sinan Akçıl İzmirdə baş verən zəlzələ nəticəsində 91 saat dağıntılar altında qalan balaca Aydadan yazıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi uşağın atası ilə görüşüb onun təhsil aldığı illərdə yanında olacağını bildirib:
“Sənə qurban olaram, gözəl Ayda, mələk baxışlım. Atasıyla görüşmək üçün xəbər gözləyirəm. Alınsa, təhsil aldığı bütün illərdə yanında olacağam. Sənin üçün hər kəs əlindən gələni etməlidir. Bu bir möcüzədir, başqa cür açıqlana bilməz. Uca Allah ananın məkanını cənnət etsin. Sənin artıq milyonlarla qoruyucun var". pizza mizza
Qeyd edək ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan 4 yaşlı Ayda 91 saat sonra xilas edilib. Ayda Gezgin onu qurtaran xilasedicilərlə danışıb və adını deyib. 4 yaşlı qızın qabyuyan maşının yanında tapıldığı bildirilib.
Telegram kanalımız