Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir müalicə üçün ABŞ-a gedib.
Yenisabah.az xəbər verir ki, bu barədə Küveyt xəbər agentliyi KUNA məlumat yayıb. Məlumata görə, ötən həftənin bazar günü uğurlu əməliyyat keçirən 91 yaşlı əmir Sabah müalicəsini tamamlamaq üçün ABŞ-a yola düşüb.
Qeyd edək ki, əmirin səlahiyyətləri müvəqqəti olaraq vəliəhdi Nevaf əl-Əhməd əl-Cabirə həvalə olunub. Dördpendirli pizza
Telegram kanalımız