91 yaşlı qadına zor tətbiq etdi -   Dəhşətli cinayətin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

91 yaşlı qadına zor tətbiq etdi - Dəhşətli cinayətin təfərrüatı

Kriminal

23 Aprel 2020 10:40 889


Keçmiş məhkuma 91 yaşlı qadına qarşı quldurluq etdiyi üçün cinayət işi başlayıb.

Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Məmiyev Akif Yəhyə oğlunun məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrlik edəcək. 

2019-cu ilin dekabr ayında əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Məmiyev Akif Yəhya oğlu, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 17-də yaşayan tanışı, 1928-ci il təvəllüdlü Ofiserova Lidiya Vasiliyevnaya zor tətbiq edərək evdə olan pul və qızıl əşyalarını tələb edib. pizza sifarişi

L.Ofiserova ona qarşı müqavimət göstərdiyi üçün A.Məmiyev hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmiyev tutulub.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!