92 yaşlı gəlinlə 70 yaşlı bəy bütün adət-ənənələrə uyğun toy mərasimi keçirib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi toy Rusiyanın Tümen vilayətində baş tutub.
Raisa Stepanova və Qennadiy Arkadyeviç adlı bəy-gəlin əvvəlcə gözəllik salonuna yollanıblar. Gəlin dizayner işi olan dəbli paltar, bəy isə onun üçün xüsusi hazırlanmış kostyum geyinib. Marqarita pizza
Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) qapısında onları limuzin qarşılayıb və doğma kəndlərinə aparıb. Toy mərasimi orada davam edib.
Məlumata görə, cütlük kənd sahə müvəkkilinin sayəsində tanış olub.
Təqaüdçü tək qaldığını və evlənmək istədiyini deyib, hüquq-mühafizəçi də kişinin istədiyi parametrlərə uyğun ən yaxşı namizədi göstərib. Tanışlıqdan sonra cütlük evlənməyə qərar verib.
Telegram kanalımız