93 yaşlı qoca dəhşət saçdı: Bir əlində silah, o birində isə...

saytların hazırlanması

Evə çatdırılma

93 yaşlı qoca dəhşət saçdı: Bir əlində silah, o birində isə...

Dünya

21 İyul 2025 10:35 470


Türkiyənin İsparta vilayətinin Çaltı kəndində yaşanan hadisə hər kəsi şoka salıb.

Yenisabah.az xəbər verir ki, 93 yaşlı Mehmet A.K. adlı kişi bir əlində əsa, digər əlində isə silahla küçəyə çıxaraq aralarında qohumu da olan kənd sakinlərinə atəş açıb.

İddialara görə, Mehmet A.K. ilə onun 57 yaşlı qohumu Kemal Ç. arasında mübahisə yaranıb. Mübahisə getdikcə gərginləşib və nəticədə yaşlı kişi evindən silah gətirərək ona atəş açıb. Güllələrdən biri Kemal Ç.-yə dəyib və o, ağır yaralanıb. pizza sifarişi

Bundan başqa, həmin vaxt ərazidə olan 8 yaşlı uşaq – Emirhan P. və daha bir kənd sakini Ş.A. da açılan atəş nəticəsində xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisə anı kəndin təhlükəsizlik kameralarına da düşüb. Kadrlarda Mehmet A.K.-nın əsa ilə kənd meydanına gəldiyi və ardıcıl şəkildə atəş açdığı görünür.

Şübhəli şəxs saxlanılıb və məhkəməyə çıxarılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı araşdırma davam edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!