94 min nəfərin pensiyası   30 faizdən çox artacaq

saytların hazırlanması

Evə çatdırılma

94 min nəfərin pensiyası 30 faizdən çox artacaq

Sosial

04 İyul 2019 14:15 1141


Cari il ərzində reallaşan ikinci sosial paket  750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Sabah”a göndərilən məlumata görə,bu şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əməkhaqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın,  əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!