Dünyanı cənginə alan koronavirus infeksiyasına qarşı mübarizə çox vaxt effekt vermir. Bir milyondan artıq insanın yoluxduğu virus indiyə kimi 50 mindən çox adamın ömrünə son qoyub.
Koronavirusun yaşlıları daha tez öldürməsiylə bağlı məlumatlar isə bu kateqoriyaya daxil olan adamları daha çox narahat edir.
Yenisabah.az xəbər verir ki, koronavirus infeksiyasına qarşı özünəməxsus üsullarla mübarizə aparan 96 yaşlı Rəşid Məmmədov özünü çox yaxşı hiss edir. Əslən Cəbrayıl rayonundan olan və hazırda Hacıqabulda məskunlaşan Rəşid kişi yaxşı qidalanmaqla yanaşı, hər gün az miqdarda spirtli içki və soyuq pivə qəbul edir. Toyuqlu pizza
96 yaşlı Rəşid Məmmədov Yenisabah.az saytına açıqlamasında dezinfeksiya qaydalarına əməl etdiyini, sosial məsafəni qoruduğunu deyib.
Telegram kanalımız