Avropa Komissiyası prezidenti Ursula von der Leyen ABŞ-yə sərfəli iqtisadi təklif edib. Təklifə görə, Avropa Birliyi və ABŞ arasında qarşılıqlı olaraq, bütün sənayə mallarına “sıfıra-sıfır” gömrük rüsumu tətbiq ediləcək.
Yenisabah.az xəbər verir ki, Donald Trampın Avropa İttifaqından idxal edilən sənayə məhsullarına 20 faizlik daxili rüsum tətbiq edəcəyini açıqlaması “qoca qitə”də narahatlıqla qarşılanıb. Sözügedən rüsum tətbiq edilərsə, 380 milyard avroluq ixrac dövriyyəsi təhlükə ilə üz-üzə qalacaq.
Qeyd edək ki, 9 apreldən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, Avropa Birliyindən idxal olunan bütün sənaye məhsullarına 20, avtomobillərə isə 25 faizədək gömrük rüsumu tətbiq ediləcək. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız