Abbas Əraqçi Makronu biabır etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Abbas Əraqçi Makronu biabır etdi - FOTO

Dünya

19 Mart 2026 10:59 426


İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarına sərt reaksiya verib.

“Yeni Sabah”ın xəbərinə görə, nazir bununla bağlı sosial media hesabında paylaşım edib.

O bildirib ki, rəsmi Parisi regiondakı hadisələrə münasibətdə ikili standartlar tətbiq edir: pizza

“Fransa Prezidenti İsrailin Tehranda yanacaq anbarlarını partlatmasını və qaz obyektlərinə hücumunu heç bir formada qınamayıb, yalnız İranın cavab addımlarından sonra “narahatlıq” nümayiş etdirməyə başlayıb”.

A.Əraqçi E.Makronun mövqeyini “kədərli” adlandıraraq vurğulayıb ki, mülki obyektlərin qorunması ilə bağlı çağırışlar yalnız müəyyən tərəflərin maraqları zərər gördükdə gündəmə gətirilir.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!