Azərbaycan şairi, yazıçısı, görkəmli alim Abbasqulu ağa Bakıxanovun anadan olmasının 228 illiyi münasibətilə doğulduğu Əmircan qəsəbəsində büstü ziyarət olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Könül Axundova, Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, publisist, yazıçı Çingiz Abdullayev, rayon ziyalıları və digər qonaqlar iştirak etmişlər.
Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun xatirəsi ehtiramla yad edilmişdir. Pepperoni pizza
Telegram kanalımız