Abbaszadə: Bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib

saytların hazırlanması

Evə çatdırılma

Abbaszadə: Bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib

Sosial

26 Sentyabr 2025 15:44 304


"Ödənişli təhsil alanların sayı kifayət qədərdir. Maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir”.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu DİM sədri Meleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır. pizza sifarişi

DİM sədri qeyd edib ki, bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib.

Məleykə Abbaszadə bildirib ki, magistratura üzrə marağın azaldığı müşahidə olunmur: "Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!