Abdullah Avcı yenidən “Trabzonspor”da - Rəsmi

Abdullah Avcı yenidən “Trabzonspor”da - Rəsmi

İdman Veb saytların hazırlanması

12 Oktyabr 2023 15:12 280


"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanın yeni baş məşqçisi Abdullah Avcı olub. O, bu vəzifədə bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib. 

A.Avcının son klubu da elə "Trabzonspor" olmuşdu. O, 2020-ci ilin noyabrından bu ilin mart ayınadək Superliqa təmsilçisinə baş məşqçilik edib. Onun rəhbərliyi altında komanda 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb. 

Xatırladaq ki, "Trabzonspor" Türkiyə Superliqasında 12 xalla 7-ci pillədə qərarlaşıb. Komanda lider "Fənərbaxça"dan 12 xal geri qalır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!