Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Yenisabah.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin faciəvi şəkildə həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. pizza hut
Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.
Bu ağır itki ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.
Fürsətdən istifadə edərək Sizə, ailənizə və qardaş Azərbaycan xalqına cansağlığı, firavanlıq arzulayıram".
Telegram kanalımız